Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvü olaraq Şuranın növbəti iclasında iştirak etdim. İclas zamanı Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti və digər cari məsələlər müzakirə olundu.
Adil Əliyev Dövlət Neft Fondunun Müşahidə Şurasının iclasında iştirak etdi
Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev məlumat verib.
“İclasın yekununda Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul edildi”, - A.Əliyev qeyd edib.