“Məhkəmənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarması siyasi məsələ deyil”.
Pravda.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində xalqa müraciət edərkən deyib.
O bildirib ki, məsələnin motivi siyasi mübahisə yox, Ə.İmamoğlunun Mərkəzi Seçki Komissiyasının üzvlərini təhqir etməsidir: “Mən də bəzi məhkəmə qərarlarını tənqid edirəm, amma bu, heç kimə hakimləri təhqir etmək və ya məhkəmə qərarlarını tanımamaqla bağlı hüquq vermir”.
R.T.Ərdoğan söyləyib ki, məsələ hələ yekunlaşmayıb və daha iki məhkəmə instansiyasında baxılacaq: “Əgər bir qüsur varsa, onlar düzəldərlər”.