Ötən cümə günü Rusiya telekanallarından birinin efirində universitetin Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) aparıcı eksperti vəzifəsini tutan Mixail Aleksandrov Rusiya-Azərbaycan müttəfiqliyinə xələl gətirən açıqlamalar verib. O öz çıxışı ilə Rusiya ilə Azərbaycan arasında münasibətlərini qonşuluq siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif edib.
Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
M.Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt mənfi reaksiyasına və MDBMİ komandasının qəzəbinə səbəb olub.