Məşhur Hollivud aktyoru Bryus Uillisə ciddi xəstəlik diaqnozu qoyulub.
Aktyorun afaziya xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bunu öyrəndikdən sonra o, vəziyyətnamə tərtib edib.
Məşhurun 250 milyon dollar dəyərində olan sərvətinin necə bölünəcəyi açıqlanıb. Bildirilib ki, Bryus Uillis sərvətini Demi Murdan olan qızları ilə indiki ailəsi arasında bölüşdürmək qərarına gəlib. Lakin Demi Murdan olan qızları Rumer, Skaut və Tallula hər biri yalnız bir milyon dollara sahib ola bilər. Vəsaitin qalan hissəsi onun həyat yoldaşı Emma Heminqə və onların ortaq qızlarına çatacaq.