“Bu layihə sosial ədaləti pozur. Belə çıxır ki, küçə süpürən adam gəlir vergisi ödəyəcək, 8000 manat alan İT mütəxəssisi bunu ödəməyəcək. Yaxşısı həmin sahədə maaşı artırmaqdır, onu vergidən azad etmək yox”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.