Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulmasına görə Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət təqdim edib.
XİN-dən verilən məlumata görə, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar təqdim edib.
"Sözügedən ərazilərdə effektiv nəzarəti həyata keçirməsinə baxmayaraq, Ermənistan höküməti bu genişmiqyaslı dağıntıların qarşısını almaq üçün heç bir addım atmayıb. Azərbaycan höküməti tərəfindən həmçinin Ermənistan rəsmilərinin “yandırılmış torpaq” siyasətində fəal iştirak etdiyinə dair sübutların da şahidi olub.
Ermənistan höküməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib. Yenicə aşkar olunmuş dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam edir. Buna, Üçtərəfli Bəyanatın birmənalı pozuntusu olaraq Ermənistanda 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minalar daxildir.