Hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir. Diqqət çəkən məqam budur ki, sesiyada icra qurumlarının heç bir nümayəndəsi iştirak etmir. Adətən belə iclaslarda: nazirlər, komitə rəhbərlərinin iştirakı təmin edilirdi. Mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir – Vasif Talıbov istefa verir?
Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Məhəmmədəli Qəribli məlumat yayıb.
M.Qəribli qeyd edib ki, böyük ehtimalla korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilən bəzi vəzifəli şəxslərin deputat toxunulmazlığı götürülə bilər: “Ali Məclis deputatları sırasında belə adamlar var. Vasif Talıbovun istefa verə biləcəyinə dair də ehtimallar səslənir”.