Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Dövlət orqanlarının kadr siyasətinə dair qayda təsdiq edildi

795
Paylaş:
Dövlət orqanlarının kadr siyasətinə dair qayda təsdiq edildi

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası” təsdiqlənib.


Pravda.az-ın xəbərinə görə, sənədi Baş nazir Əli Əsədov imzalayıb.


Bu Qayda 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi qaydasını müəyyən edir.


Bu Qaydanın məqsədi dövlət orqanları tərəfindən illik iş planı və illik hesabatın vahid forma üzrə hazırlanmasını təmin etməklə dövlət qulluğunda insan kapitalından səmərəli istifadəyə nail olmaqdır.


Bu Qayda “Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət orqanlarına şamil edilmir.

Paylaş:

Ən son xəbərlər