Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İrəvan üçtərəfli görüşdən imtina etdi

756
Paylaş:
İrəvan üçtərəfli görüşdən imtina etdi

İrəvan Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-nə planlaşdırılan üçtərəfli görüşündə iştirakdan imtina edib.

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, dekabrın 22-də Rusiya xarici işlər naziri Sergey lavrovla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında danışıq baş tutub.

Görüş zamanı Laçın dəhlizinin bağlanması və tərəflər arasında regionda filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqları səbəbindən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə edilib.

Lavrov Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər