“Dövlət başçımız İlham Əliyev tariximizə Zəfər paradını qəbul etmiş Müzəffər Ali Baş Komandan kimi düşüb. Onun təşəbbüsü və rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda hal-hazırda aparılan böyük quruculuq işləri, ümumiyyətlə ölkəmizin inkişafı naminə çoxşaxəli fəaliyyəti İlham Əliyevin həm də qurucu Prezident olduğuna dəlalət edir”.
Adil Əliyev: “İlham Əliyevin qurucu Prezident kimi dövlətimizin taleyində oynadığı rol parlaq və misilsizdir”
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, bu böyük zəfər və nəhəng quruculuq işləri olmasaydı, indi Azərbaycan da yəqin ki, indiki kimi güclü və qürurlu olmazdı: “Bəlkə taleyimiz də fərqli olardı. Bu isə onu deməyə əsas verir ki, İlham Əliyevin Müzəffər Ali Baş Komandan və qurucu Prezident kimi xalqımızın və dövlətimizin taleyində oynadığı rol parlaq və misilsizdir. Ad gününüz mübarək, Müzəffər Ali Baş Komandan, Qurucu Prezident!”