Dekabrın 24-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pravda.az xəbər verir ki, Salim bin Məhəmməd əl-Maliki dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında Azərbaycanla ICESCO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Dövlətimizin başçısı ərazilərimizin işğalı zamanı və işğaldan azad olunmasından sonra Azərbaycanın ədalətli mövqeyinin davamlı dəstəklənməsi və işğal dövründə ermənilərin torpaqlarımızda tarixi-mədəni abidələrimizi dağıtmaları barədə faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı ISESCO-nun və şəxsən Salim bin Məhəmməd əl-Malikinin fəaliyyətini yüksək qiymətləndirib.