Vasif Talıbovun 25 il əvvəlki bu “yaxşılığı” bütün sonrakı karyeramı müəyyən etdi... 1997-ci il. Aztv-nin o zamankı sədri Nizami Xudiyevin iş kabineti. Prezident Heydər Əliyevə zəng edib dedi ki, Aydın Naxçıvandan bura gəlib, icazə versəniz, onu yanıma götürmək istəyirəm. Qəribə bir söz də dedi: “Cənab Prezident, bu, adam kimi yox, maşın kimi işləyir, burada olsa, işimizə çox köməyi dəyəcək”. Axı o Ali Məclisdə Vasifin yanında işləyir, niyə gəlib bura? Mən Vasiflə danışım, sonra...” Bu, rəhmətlik Heydər Əliyevin cavabı oldu... Nizami müəllimə dedim ki, “daha bu məsələni qıfıllayıb açarını da ataq Xəzər dənizinə, Vasif heç vaxt Heydər Əliyevin mənim barəmdə məqbul qərar verməsinə imkan verməz, çünki mən onun iradəsinin tam əksinə olaraq Ali Məclisdə işdən çıxmışam, heç bir neçə gün ərizəmin üstünü də yazmadı, müavini Vahid Ağahəsənov allah şahididir”... Hər şey mən dediyim kimi oldu, o “açar hələ də dənizdədir”...
Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev bildirib.
