Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Turan İbrahimov: “Ermənilərin Xankəndidəki mitinqi gülməli və əsəbpozucudur”

918
Paylaş:
Turan İbrahimov: “Ermənilərin Xankəndidəki mitinqi gülməli və əsəbpozucudur”

“Yəqin, uşaq olanda sizin də başınıza gəlib: məhəllədə, məktəbdə cığal, “qarnıqurtlu” uşaqlar olurdu, həmişə nəsə edirdilər, problem çıxarırdılar. Döyürdün, yıxırdın yerə, sürüyürdün, başlayırdı ağlamağa, yalvarmağa, qələt eləmişəm deməyə. Buraxırdın, arxanı çevirib gedən kimi başlayırdı söyməyə, daş atmağa, əsəblərinlə oynamağa. Qayıdıb təzdən tuturdun, yenə döyürdün, sürüyürdün, yenə başlayırdı ağlamağa, yalvarmağa. Və bu proses demək olar ki, bitmirdi…”

Pravda.az-ın xəbərinə görə, bunu telejurnalist Turan İbrahimov Xankəndidəki mitinqlə bağlı mövqeyini açıqlayarkən bildirib.

“Ermənilərin Xankəndidəki mitinqi mənə eyni şeyləri xatırladır, çox gülməli və əsəbpozucudur”, - o qeyd edib.

Paylaş:

Ən son xəbərlər