“Azərbaycan hökuməti Xankəndinə humanitar yardım göndərsin”.
Arif Hacılının qardaşından təklif: Xankəndinə qənd, yağ, un, meyvə göndərilsin
Pravda.az-ın xəbərinə görə, bu təkliflə Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı, partiyanın Məclis üzvü Mustafa Hacıbəyli çıxış edib.
“Zəruri ərzaq məhsulları: qənd, yağ, meyvə, un və s… Buna bir neçə milyon xərcləməklə, oradakı vətəndaşlarımıza sahib çıxmaq istiqamətində böyük addım atmış olarıq. Beynəlxalq birliyin rəğbətini qazanar, dəhlizin humanitar məqsədlər üçün açıq olmasına baxmayaraq, oradakı rejimin yoldan qəsdən istifadə etmədiyini ifşa etmiş olarıq”, - M.Hacıbəyli qeyd edib.