KXDR Silahlı Qüvvələrinin rəhbərliyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI Plenumunun yekunlarına əsasən dəyişib.
"Report" xəbər verir ki, bu barədə Koreya mətbuatı məlumat yayıb.
Mərkəzi Komitənin katibi, Hərbi Komitənin sədr müavini Pak Çonq Çon tutduğu vəzifədən azad edilib. O, ölkədə KXDR lideri Kim Çen Indan sonra baş hərbçi olub.