Ukrayna Silahlı Qüvvələri Xerson şəhərinin Dnepr çayı sahilindəki Bolşoy Potemkinski adasını Rusiya işğalçılarından azad edib.
Bu barədə xalq deputatı Oleksiy Qonçarenko teleqramda video paylaşıb.
“USQ Bolşoy Potemkinski adasını azad edib. Bu ada Xerson yanında Dneprin sağ və sol sahilləri arasında yerləşir”, - siyasətçi qeyd edib.