BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusun yayılmadığı ölkələrin SİYAHISI

Bütün dünyada koronavirusun sürətlə yayılması, virus qurbanlarının sayının həndəsi silsilə ilə artmasına baxmayaraq, hələ də bir neçə ölkədə koronavirus rəsmi olaraq qeydə alınmayıb.

 

Pravda.az-ın xəbərinə görə, dünyanın 9 ölkəsində hələ də koronavirus aşkarlanmayıb.

 

Ölkələrdən 5-i Afrikada, 4-ü isə Asiyada yerləşir. Həmin ölkələr bunlardır: Türkmənistan, Tacikistan, Şimali Koreya, Yəmən, Cənubi Sudan, Malavi, Lesoto, Komor adaları və San-Tome və Prinsipi.

 

Qeyd edək ki, bütün bu ölkələr ya bərbad səhiyyə sistemi, ya da qapalı ölkə olmaları ilə diqqət çəkirlər.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 885 600-ü ötüb. Bunların 185 226 nəfəri sağalıb, 44 216 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Report

Tarix: 1 Aprel 2020, 20:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin