Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Müğənnilərə fonoqramla oxumaq qadağan edildi

1 178
Paylaş:
Müğənnilərə fonoqramla oxumaq qadağan edildi

Qırğızıstan hökuməti 2023-cü il yanvarın 1-dən yerli sənətçilərə fonoqramla oxumağı qadağan edib.

Bu barədə sərəncamı ölkənin mədəniyyət naziri Altınbek Maksutov imzalayıb.

Bildirilib ki, məhdudiyyət ölkənin Mədəniyyət Nazirliyinin tabeliyində olan dövlət mədəniyyət və təhsil müəssisələrinə şamil edilir.

Sərəncama əsasən, incəsənət xadimləri teatrlarda, filarmoniyalarda, konsert salonlarında, klublarda, kinoteatrlarda, muzeylərdə və kitabxanalarda keçirilən tədbirlərdə canlı çıxış etməlidirlər.

Nazir fonoqrama qoyulan qadağaya riayət olunmasına şəxsən nəzarət edəcəyinə söz verib./Konkret.az

Paylaş:

Ən son xəbərlər