BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat qəzaya düşdü

Bu gün Bakının Nərimanov rayonunun Ağa Neymətulla küçəsində baş verən zəncirvari avtomobil qəzasında iştirak edən maşınlardan biri - 10-XJ-003 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobil millət vəkili Elman Məmmədova məxsus olub.

 

Pravda.az-ın xəbərinə görə, Elman Məmmədov məlumatı təsdiqləyib.

 

Deputat bildirib ki, Bakı Dövlət Universitetinin yubiley tədbirindən çıxıb qəza olan istiqamətdə hərəkət edirmiş: “Oradakı parkın yanından keçirdim. Maşının sürəti 15-20 km/saat idi. Arxadan gəlib maşınımı vurdular, mən də qarşıdakı avtomobilə dəydim. Zəncirvari qəzanı törədən arxada olan 3-cü maşının, "Mecedes" markalı avtomobilin sürücüsü olub. Maşınım da qarşıdakı "Jiquli"yə dəydi. Mənim sürücüm yoxdur, avtomobili özüm idarə edirəm".

 

Qeyd: Səhiyyə Nazirliyi məlum qəzayla bağlı məlumat yayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə çatdırılıblar. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qafqazinfo

Tarix: 26 Noyabr 2019, 20:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin