"Masumlar apartmanı" serialında rol alan aktrisa Merve Dizdar ekran işində canlandırdığı obraz haqqında danışıb.
Pravda.az xəbər verir ki, aktrisa çəkiliş ərəfəsində psixoloji çətinlik yaşadığını deyib:
"Həftənin 5 günü çəkiliş var idi. Hər gün yeni travma alır, ağlayırdım. Hər gün normalda pərdələrimi açaraq günə başlayırdım. Çəkilişlər vaxtı fərqinə vardım ki, pərdələri açmıram, qaranlıqda otururam. O dərəcə təsir altına düşürdüm. Özümü nə qədər qorumağa çalışsam da, depressiyaya sürüklənirdim. Buna baxmayaraq, həmin layihə başıma gəlmiş ən gözəl şeydir.