BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlandı

Rusiya Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi tərəfindən insanların koronavirus xəstələri ilə təmaslarını izləyərək aşkar edən sistemin hazırlandığı bildirilir.

Pravda.az-ın xəbərinə görə, bu sistemin hazırlanmasına Rusiyanın Baş naziri Mixail Mişustin təşəbbüs göstərib. 

Sistem vətəndaşlara koronavirusa yoluxan xəstələrlə əlaqə qurduqları və buna görə də özünütəcrid etməsi barədə məlumat verir. Bu cür təmaslar haqqında məlumatların sonra regional əməliyyat qərargahına göndəriləcəyi bildirilir.

Nazirliyin mətbuat xidməti bununla bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov iddia edirdi ki, sözügedən sistemin hazırlanması vətəndaşların hüquqlarını qətiyyən pozmur.APA

Tarix: 2 Aprel 2020, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin