Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

XİN: ABŞ-ın ATƏT-dəki nümayəndəsinin Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənirik

823
Paylaş:
XİN: ABŞ-ın ATƏT-dəki nümayəndəsinin Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənirik

Rəsmi Bakı ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsinin (Maykl Karpenter - red) Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənir.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb. Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?", - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi əlavə edib.

Bundan əvvəl ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter tviter hesabında yazıb ki, Birləşmiş Ştatlar Laçın yolunun üç həftədən artıqdır ki, bağlanmasından və ciddi humanitar vəziyyətin yaranmasından narahatdır.

Paylaş:

Ən son xəbərlər