Məlum olduğu kimi yenicə qarşıladığımız 2023-cü il dovşan ilidir. Maraqlıdır, görəsən, dünya prezidentlərindən hansıları bu ildə doğulub?
Siyasətdə öndə olan prezidentlərin bəzilərinin bürcləri və doğulduqları illər barədə məlumatı təqdim edirik.
Azərbaycan Prezidenti İlham Əliyev - 24 dekabr, 1961-ci il. Prezidentin bürcü oğlaq, ili isə öküz ilidir.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan - 26 fevral 1954-cü ildə doğulub. Onun bürcü balıqlar, doğulduğu il isə at ilidir.
Ukrayna Prezidenti Volodimir Zelenski - 25 yanvar 1978-ci ildə doğulub. Onun bürcü dolça, ili isə at ilidir.
Rusiya Prezidenti Vladimir Putin - 7 oktyabr 1952-ci il. Putinin bürcü tərəzi, ili isə əjdaha ilidir.
Belarusun dövlət başçısı Aleksandr Lukaşenko - 30 avqust 1954 -ci il. Bürcü qız, ili isə at ilidir.
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In - 8 yanvar 1982-ci il. Bürcü oğlaq, ili isə it ilidir.
Amerika Birləşmiş Ştatlarının Cozef Bayden - 20 noyabr 1942 - ci ildə anadan olub. Bürcü əqrəb, ili isə at ilidir.
Fransa Prezidenti Emmanuel Makron - 21 dekabr 1977. Bürcü oxatan, ili isə ilan ilidir.