“WhatsApp” messencerinə daha bir maraqlı yenilik gəlib. Belə ki, artıq hətta internet kəsilərkən və ya proqram bloklandıqda belə mesaj göndərmə imkanı var.
Belə ki, tərtibatçılar dövlət tənzimləyiciləri tərəfindən “WhatsApp”ın qadağan olunduğu ölkələrdə istifadəsi üçün proksi server dəstəyi əlavə ediblər.
“WhatsApp” kimi proksi serverlərlə əlaqə də yüksək məxfilik və təhlükəsizliyi təmin edir. Şəxsi mesajlarınız “başdan-sona” (“end-to-end”) şifrələmə funksiyası ilə qorunacaq. Bu isə ismarışların yalnız şəxs və ünsiyyət qurduğu istifadəçi üçün əlçatan olmasını təmin edir. Onları başqa heç kim görməyəcək - nə proksi serverlərin sahibləri, nə yad şəxslər, nə “WhatsApp”, nə də Meta işçiləri”, - deyə tətbiqin bloqunda bildirilib.
Proksi-server vasitəsilə yeni opsiya “WhatsApp” proqramının “iOS” və “Android” üçün ən son versiyasını quraşdırmış bütün istifadəçilər üçün əlçatandır .