Rusiyada koronavirusa yoluxmanın pik həddi gələn həftəyə gözlənilir, kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma normalarına əsasən demək olar ki, təqribən bundan 10-12 həftə sonra epidemiyanın sonu çatacaq.
Bu barədə Rusiya Federal Biomedikal Agentliyinin (FMBA) baş infeksionisti Vladimir Nikiforov Rusiyanın “Birinci kanal”ında yayımlanan “Dok-Tok” proqramının efirində proqnoz verib.