“Azərbaycanlı ekoloqların Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyası artıq müəyyən nəticə verib”.
Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov “Danışaq?” verilişində Həmid Həmidova müsahibəsində deyib.
"Ekoloqların aksiyası artıq müəyyən nəticələr verib. İlk növbədə ona görə ki, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında işlər dayandırılıb. Vəziyyətin inkişafının məntiqi onu deməyə əsas verir ki, ekoloji missiya ilə paralel olaraq Azərbaycan-Ermənistan sərhədində gömrük, sərhəd və fitosanitar postlar yaradılmalıdır. Laçın yolu işləyir, bu yolla maşınlar hərəkət edir. Azərbaycan bəyanatın altıncı bəndini heç bir şəkildə pozmur. Rusiya sülhməramlıları keçidin təhlükəsizliyini təmin edir, lakin yol Azərbaycanın suverenliyi altındadır. Ona görə də Rusiya sülhməramlıları təhlükəsizliyə də cavabdeh olmalıdır, yeri gəlmişkən, Zəngəzur dəhlizi boyunca da bunu etməlidirlər”, - o bildirib.