Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Deputatın həbs müddəti uzadıldı

977
Paylaş:
Deputatın həbs müddəti uzadıldı

Moskvanın Basmannıy Rayon Məhkəməsi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə saxlanılan Kostroma Dövlət Dumasının Vahid Rusiya partiyasından deputatı İxtiyar Mirzəyevin həbs müddətini uzadıb.

Pravda.az-ın məlumatına görə, məhkəmə Mirzəyevin barəsində həbs qətimkan tədbirinin daha üç ay müddətinə, aprelin 5-i tarixinədək uzadılması haqqında qərar qəbul edib.

Qeyd edək ki, İxtiyar Mirzəyevin sahibi olduğu Poliqon gecə klubunda noyabrın 5-də baş vermiş yanğında 13 nəfər ölüb.

Mirzəyev noyabrın 7-də Vahid Rusiya partiyasının ali şurasına müraciət edərək bu təşkilatda üzvlüyünün dayandırılmasını xahiş edib.

Təqsiri sübut olunacağı təqdirdə azərbaycanlı deputatı 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

APA

Paylaş:

Ən son xəbərlər