Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib.