İmişli rayonu Aranlı kənd məktəbində sanitar qovşağının olmaması ilə bağlı video çəkdiyinə görə müəllimə töhmət verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Məktəbdə sanitar qovşağın olmamasını ictimailəşdirən müəllimə töhmət verilməsinə aydınlıq gətirildi: İki gün dərsə gəlməyibmiş
Bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.
Töhmət dekabrın əvvəlində verilib. Müəllim dekabrın əvvəlində rəhbərliyə heç bir məlumat vermədən iki gün dərsə gəlməyib. Töhmət bu səbəbdən verilib.