Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Heç yerdə deməmişəm ki, evə ərzağı nisyə alıram” - Jalə Əliyeva

770
Paylaş:
“Heç yerdə deməmişəm ki, evə ərzağı nisyə alıram” -     Jalə Əliyeva

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Jalə Əliyevanın adından yayılan bəzi sitatlar geniş müzakirələrə səbəb olub. Məsələn, belə sitatlardan birində deyilir:

"Xalqımız elə bilir ki, biz deputatlar xan-bəy kimi yaşayırıq. İnanın mənə, hərdən evə ərzaq alanda borc yazdırıram. Həyat yoldaşım öləndə məzar daşı üçün kredit götürdüm".

Deputatın adından yayılan bu açıqlama onun şəkli ilə birgə Facebook-da tirajlanmaqdadır.  Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Jalə Əliyeva ilə əlaqə saxlayıb.

O, heç yerdə belə bir fikir səsləndirmədiyini vurğulayıb: "Tamamilə yalan məlumatdır. Mən belə bir açıqlama verməmişəm, fikir səsləndirməmişəm. Hansısa bədxahlar bunu yalandan yaymaqla mənim adıma xələl gətirməyə çalışırlar".

Paylaş:

Ən son xəbərlər