Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Yazanda ki, “kiçik Talıbov” “bir dəri, bir sümük və bir çimdik ətdən” ibarət hansısa şou adamına 5-10 milyon bağışlayıb...”

1 151
Paylaş:
“Yazanda ki, “kiçik Talıbov” “bir dəri, bir sümük və bir çimdik ətdən” ibarət hansısa şou adamına 5-10 milyon bağışlayıb...”

“Talıbovun klan mənsubları on illər boyu naxçıvanlılara zülm etdilər. Buna şübhə edilmir. Ancaq yazanda ki, “kiçik Talıbov” “bir dəri, bir sümük və bir  çimdik ətdən” ibarət hansısa şou adamına 5-10 milyon bağışlayıb, buna həqiqətən adamın gülməyi gəlir”.

Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ayqın Quliyev bildirib.

“Əvvəla, həmin şou adamları bir neçə yüz və ya bir neçə min manata özlərini istənilən “rolda satmağa” hazırdılarsa, onlara 5-10 milyonu hansı ağılsız peşkəş edər?! Eşitmişəm ki, belə məlumatları məhz həmin şou adamları öz qiymətlərini qaldırmaq üçün pul töküb məqsədli  yazdırırlar ... İkinci, “Misilsiz cinayətlər yolu ilə qazandıqları pulları 5-10 milyonluq paketlərlə hansısa şou adamının qabağına kim atar?..”

Paylaş:

Ən son xəbərlər