“Kalibr” raketlərinin yaradıcısı, “Almaz-Antey” aerokosmik müdafiə konserninin (VKO) elmi direktoru Pavel Kamnev 86 yaşında vəfat edib.
Bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.
Kamnev 1937-ci ildə Mahaçqalada anadan olub. Moskva Aviasiya İnstitutunu bitirdikdən sonra M.İ.Kalinin adına Sverdlovsk Maşınqayırma Zavodunda mühəndislikdən baş konstruktorun birinci müavini vəzifəsinə qədər işləyib.