Günlərdir Tyapa kimi tanınan 30 yaşlı rusiyalı aktyor və bloger Artem Bordinovdan xəbər almaq mümükün deyil.
Pravda.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, aktyor həyat yoldaşı ilə mübahisə etdikdən sonra bir daha onunla əlaqə saxlamayıb. Bordinov sonuncu dəfə yanvarın 9-da sərxoş vəziyyətdə “Penzfilmmaş” kontorunun müşahidə kameralarına düşüb.
Münaqişənin səbəbinin həyat yoldaşının qısqanclığı olduğu bildirilib. O, aktyorun yataq səhnəsində rol almasından narazılığını ifadə etdikdən sonra aralarında mübahisə yaranıb və Bordinov evi tərk edib. Bundan bir neçə gün sonra isə həyat yoldaşı polisə müraciət edib. O, Bordinovun indiyədək belə bir hərəkət etmədiyini ifadəsində bildirib.