Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edilməsini özündə əks etdirən qanun layihəsi hazırlanıb, layihə hökumətdə baxılmaqdadır.
Pravda.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov qurumun 2022-ci ilin yekunlarına dair hesabat konfransında bildirib.