"Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov anadan olduğu Şərur rayonunun Aralıq kəndidə yaşamır. Naxçıvandakı malikanəsini bircə dəfə tərk edərək Aralığa gəlib və həmin gün də qayıdıb".
Bunu Lent.az-a Naxçıvandakı mənbə bildirib. Mənbənin dediyinə görə, oğlu Rza Talıbov istisna olmaqla Talıbovlar ailəsi məhz malikanədə qalırlar.
Talıbovun məlum istefasından sonra Naxçıvanda bəzi müsbət yeniliklər qeydə alınıb. Mənbə deyir ki, artıq minik avtomobili olan hər kəs taksiçiliklə məşğul ola bilər. Bundan başqa, əgər indiyədək muxtar bölgəyə köhnə maşınların gətirilməsinə qadağa vardısa, indi bu məhdudiyyətlər aradan qalxıb.