Bərdənin Cəyirli kəndində yaşayan bir qrup sakin qazsızlıqdan şikayətçidir.
Sakinlərin sözlərinə görə, yaşadıqları ərazi 20 ildən çoxdur salınıb. 200 yaxın ailənin yaşadığı məhəlləyə bir ilə yaxındır qaz xətləri çəkilsə də, vətəndaşlara mavi yanacaq verilmir.