Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ombudsman təsisatının 10 illiyi münasibətilə Ankarada keçirilən beynəlxalq konfransda iştirak edir.
Pravda.az-ın xəbərinə görə, Ombudsman Səbinə Əliyeva tərəfindən konfrans çərçivəsində xarici həmkarları arasında bir çox görüşlər keçirilib. Növbəti belə görüş Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets arasında olub.
Görüş zamanı iki ölkənin ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələri, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.