Kiçik mühərrikli nəqliyyat vasitələri sürücülərinin sığorta ilə bağlı yaşadıqları çətinlik aradan qaldırılacaq.
Pravda.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bank tərəfindən sığortaedənlər qarşısında konkret öhdəlik qoyulub.
Bankın İdarə Heyətinin qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilib.
Mövzu ilə bağlı danışan sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib ki, yeni tələbə əsasən, sığorta şirkətləri öz internet səhifələlərində icbari sığorta müqaviləsinin alınması üçün imkan yaratmalıdırlar.