Fransa bu gün hesab edir ki, Ermənistanla Azərbaycan arasında dialoqun bərpası ən mühüm məsələdir.
Pravda.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa Milli Assambleyasının prezidenti Yael Braun-Pivet Ermənistan parlamentinin spikeri Alen Simonyanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycana hər hansı sanksiyanın tətbiqi ilə bağlı sualı cavablandırarkən deyib.