Azərbaycanda dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb edəcəklər və cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri verəcəklər.
Baş Nazirdən evdə qalan işçilərlə bağlı QƏRAR
Pravda.az-ın xəbərinə görə, bu, Baş Nazir Əli Əsədovun imzaladığı koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarında əksini tapıb.
Qeyd olunub ki, dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılacaq.