“Çox sevindim, düşüncə fərqimiz və fikir ayrılığımız olsa da, Tofiq Yaqublunun səhhəti yaxşıdır. Tofiq bəyə ailə üzvləri ilə görüş verilməməsi qanun pozuntusudur. Ona ailə üzləri ilə görüş verilməlidir”.
Müsavat başqanının müavini: “Cəbhəçilər və Müsavatdan dönük biri mənə mütəşəkkil şəkildə hücum etdilər”
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Osman Kazımov bildirib.
O.Kazımov qeyd edib ki, Tofiq Yaqublu həkim müayinəsindən keçirilib: “Müayinədə Tofiq bəyin istəyi ilə iştirak edən həkim Adil Qeybulla mətbuata açıqlama verib. Təzyiqi 110-70 dir (O yaşda olan şəxslər üçün ideal təzyiq hesab oluna bilər. Hər hansı ciddi problem müəyyən olunmayıb). Vəziyyəti stabildir, bir narahatlıq aclıq aksiyası ilə əlaqədar qida qəbul etməməsindəndir ki, o da fəsad yarada bilər. Bunu Adil Qeybulla bildirib. Acı həqiqətimi topa tutub piy axtaranlar indi nə düşünəcək? Axı Tofiq Yaqubluya da, Maya Yaqubluya da müraciət edərək aclığı dayandırmagı xahiş etmişdim. Görəsən, bəzi dostlar aclığa başlasın deyə Maya xanıma baş çəkməkdən vaz keçənlər nə düşünür? Onda kim səmimidir, aclığı dayandırmağı xahiş edən mənmi, ya aclıq aksiyası başlanılsın deyə Maya xanıma baş çəkməkdən vaz keçənlər? Tofiq Yaqublu faciəli həyat yaşayır. Hakimiyyət ona qarşı görünməmiş qanunsuzluqlara yol verir. Amma onu hazırda həbsdən azad etmək üçün hüquqi yol qalmayıb. Apellyasiya Məhkəməsinin qərarı qətidir, şikayət verilə bilməz. Nərgiz xanım gənc yaşında həyatını itirdi. Bəlkə də Tofiq bəy həmin vaxt azadlıqda olsa idi, Nərgizə kömək edə bilərdi. Nərgiz dəfn olunanda onun qəbrinin üstündə topa qaranquşlar dəfələrlə dövrə vurdu. Sanki onu yola salırdılar. Həyətimin dörd tərəfində həmin vaxtdan Nərgiz gülü əkmişəm. Nərgiz solmasın deyə. Dünən yazdığım statusa görə cəbhəçi dostlar və Müsavatdan dönük biri mənə mütəşəkkil şəkildə, vahid komandanlıq altında hücum etdilər. Canları sağ olsun. Mən xalqıma həqiqəti həmişə deyəcəm. Həqiqət həmişə deyilməlidir, zərərimizə olsa belə. O bir toxumdur sən səp, cücərəcək, bar verəcək. İnsan faciədə olanda ona əl tutular, düzgün yol göstərilər, faciədən şəxsi mənfəət üçün istifadə olunmaz. Faciədən qazanılan tez qusular. Həqiqəti deyin. Həqiqət, ədalət bir sərvətdir, bəhrəsini görərsiniz. Aclığı dayandır, Tofiq bəy, yanlış qərardır!”