Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi

909
Paylaş:
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Pravda.az xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:

Ən son xəbərlər