14 yanvar… Bu gün çoxumuza sıradan bir tarix kimi görünə bilər. Ancaq taxtından salınmış Vasif Talıbov üçün yanvar ayının 14-ü heç də adi bir gün deyil. Məhz bu gündə Talıbov dünyaya göz açıb.
1995-ci ildə Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçildikdən sonra isə Talıbov üçün yanvar ayının 14-ü günü ikiqat əlamətdar olub. Belə ki, keçmiş “xan” hər il ad gününü həm də vəzifə başında keçirməklə xüsusi zövq alıb. Bahalı hədiyyələr, günlərlə davam edən ziyafətlər, şərəfə deyilən “tost”lar Talıbovun əlamətdar gününü daha da özəlləşdirib. Ancaq “ad günü” məclisləri bununla da yekunlaşmayıb. Bakıdan birbaşa reyslə Naxçıvana uçan məmurların Vasif Talıbovun ad günü münasibəti ilə düzənlənən məclislərdə mədhiyyələr söyləməsi, bahalı hədiyyələr təqdim etməsi keçmiş “xan”ı bir az da qürrələndirib.
Vasif Talıbovun məclislərinə yalnız ona ən yaxın olan məmurlar dəvət alıb. Həmin şəxslər Naxçıvana AZAL-ın resyi ilə uçaraq ad günündə iştirak ediblər. Bu məmurların siyahısı təbii ki, AZAL və onun rəhbəri Cahangir Əsgərova daha yaxşı məlumdur. Konkret.az araşdırma aparıb hər il Talıbovun ad günü məclisində iştirak etmək üçün Naxçıvana uçan məmurlardan birinin adını dəqiqləşdirə bilib.