Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda liseyin qarşısında şagirdə qarşı soyğunçuluq edən şəxslə bağlı qərar verildi

630
Paylaş:
Bakıda liseyin qarşısında şagirdə qarşı soyğunçuluq edən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Murad Əmirovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə Bakı-Türk Anadolu liseyinin qarşısında qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Murad Əmirov həmin liseyin qarşısında məktəbliləri daşıyan avtobusa minmək istəyən 2012-ci il təvəllüdlü S.A-ya (şərti) yaxınlaşıb. Bu zaman o, məhkəmlinin əlindəki mobil telefonu götürərək qaçıb.

Daha sonra Murad Əmirov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə ittiham irəli sürülüb.

Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər