Xəbər verdiyimiz kimi, aktyor Bəhram Bağırzadə regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa, urbanizasiya prosesini keçə bilməməkdə ittiham edib. Onun bu fikirləri sosial şəbəkədə ciddi qınaq və müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Bəhram Bağırzadənin bu fikirləri rayon adamlarını alçaltmaq mənasında dediyinə inanmadığını bildirib:
"O bir çox səhnələrində əyalət insanlarını canlandırıb. İnsanları bu davranışına görə qınamaq olmaz. Əvvəllər şəhər əhalisi çox deyildi. İnsanlar şəhərə az-az gəlirdi və təbii ki, cəmiyyətə adaptasiya olurdu. Onu da deyim ki, şəhərlə kənd arasında elə də fərq yoxdur. Ola bilsin ki, şəhər insanları yaşadığı mühitə uyğun olaraq davranışlarında bir az başqa cür olurlar. Kənd insanları isə daha sərbəst, sadə, səmimi, bir az da açıqsözlü olurlar. Onlar əslində gəlib şəhər mühitinə çox gözəl də uyğunlaşır. Mən bu cəhətdən problem görmürəm. Sadəcə olaraq, bizim 20 % torpağımız işğal olundu. Bir milyona yaxın insan qaçqın düşdü. Onların çox hissəsi gəlib Bakıya, Sumqayıta yerləşdi. Bundan başqa Qərbi Azərbaycandan da xeyli insan Bakıya gəldi. Onlardan özlərini şəhər əhalisi kimi aparmalarını gözləmək düzgün olmazdı. Çünki həmin insanların nə şəraiti vardı, nə imkanları. Onları nə teatr, nə kitab düşündürürdü".
R.Nurullayevin sözlərinə görə, iş, çörək, oxumaq niyyəti ilə də rayonlardan xeyli insan Bakıya gəlib: