Türkiyəli məşhur yazıçı və astroloq Can Aydoğmuş sosial media hesabında "2023-cü ildə bu bürclərə pul yağacaq" deyərək şanslı tarixlərdə doğulanları açıqlayıb.
Astroloq bu il varlanacaq bürcləri qeyd edib.
Qoç
Qoç üçün maddiyatla bağlı çox yaxşı bir dövr başlayır. 2023-cü ilin mayı ilə 2024-cü ilin may ayları arasında pulla bağlı müsbət irəliləyişlər olacaq. Qoçun kassaları pulla dolacaq. Onlar pulla bağlı böyük rahatlıq yaşayacaqlar.
Şir
Astroloq qeyd edib ki, Şirlər karyerasında yüksələcək. Bu vəziyyət maddi həyatınıza çox müsbət təsir edəcək. Şirlər üçün 2023-cü ilin mayından 2024-cü ilin mayına qədər çox müsbət bir dövr başlayacaq.