Əlilliyi olan və ya ailəsində 1-ci və 2-ci qrup əlil olan, müəyyən sosial təminata və ya yardıma ehtiyac duyan şəxslərin kredit öhdəlikləri fərqləndirilməlidir. Onlara daha aşağı faizlə kredit verilməlidir.
Pravda.az xəbər verir ki, millət vəkili Azay Quliyev bu təkliflə çıxış edib.
Millət vəkili "Xəzər Xəbər”ə açıqlamasında bu kateqoriyadan olan şəxslərin götürdükləri kreditlərin faizlərinin ödənməsi ilə bağlı fərqli və daha yumşaq rejim tətbiq olunmasının vacibliyini vurğulayıb.