“Partiya sədrlərindən biri Nemət Pənahlı-xəstə təfəkkürlü şəxs Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri Rəsul Quliyevin qeybətini etməklə məşğul olduğunu gördüm. Öz səviyyəsinə uyğun nəsə danışır. Danışdığı yalanlara da mərhum prezident Heydər Əliyevi şahid göstərir… Amma rəhmətlik Heydər Əliyevin onun barəsində media önündə, xalq önündə dediyi sözləri, görünür, unudub… İndi bu debil o qədər irəliləyib ki, təkcə Rəsul Quliyevə daş atmır, hətta “Heydər Əliyev mənlə məsləhətləşmədən bir addım atmırdı” deyəcək qədər ağlını itirib. Sən kim olmusan ki, Heydər Əliyev kimi dərin bir dövlət adamı sənin kimi orta təhsilli, dar düşüncəli, özündən müştəbeh bir avanturistlə məsləhətləşib dövlət idarə etsin?! Bu nağıllara yalnız sənin ağılda olan şəxslər inana bilər”.
“Nemət Pənahlı dedi ki, Rəsul Quliyevdən xahiş elə...” - Ağasif Şakiroğlu
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
“Nə hikmətdirsə onun bütün söhbətlərində, bütün məsələlərdə şahid göstərdiyi şəxslər həyatda olmayıb. Rəhmətə getmiş şəxsiyyətləri özünə şahid göstərməklə ömür-gün sürən, özünün də dediyi kimi “arvad hesabına” yaşayan, özünü hamıdan ağıllı sayan, əslində isə heç kim olan bu yaramaz dələduzun, görünür, Badamdarda tikdirdiyi imarət yarımçıq qalıb… Sabiq spiker korrupsionerləri hədəf seçir, “5-ci kolon”dan ölkənin təmizlənməsinin vacibliyinə toxunur, Ramiz Mehdiyevi, Vasif Talıbovu və “bu gün vəzifədə olan irili-xırdalı rüşvət və korrupsiya piramidasının başında dayanmış məmurlardan ölkəni xilas etmək lazımdır” deyir, Prezident Əliyevin bu qətiyyətli islahatlarına dəstəyini verir, nemətini itirmiş Nemət Pənahlı da Rəsul Quliyevi öz aləmində “hədəf” seçir. Açıq-aydın görünür ki, Rəsul Quliyev doğru nöqtəyə vurub. O nöqtəyə ki, o nöqtənin mərkəzində bu xəstəyə himayadarlıq etmiş korrupsioner çoban dayanıb... Abır yox, həya yox. “Arvad hesabına” yaşadığını iddia etmək üçün hansı kişilik keyfiyyətlərə sahib olmaq lazım olduğuna toxunmağı, sadəcə, ayıb bilirəm. Sən demə, bu psixoloji problemləri olan şəxs Badamdarda tikdirdiyi imarəti də “arvad” hesabına tikdirirmiş… Ayıbdır. Yaramazlığına heç olmasa hicablı xanımını qatma! Yalan danışmağı sən yaxşı bacarırsan… Mənimlə “Qış Parkı”nda rastlaşdıqda danışdığın (dostlarımın bağında ağac belləyib ailəmi saxlayıram) yalanı heç olmasa danışardın… Ay “Mersedes” açarından imtina edən “qəhrəman” “Qış Parkı”nda mənlə rastlaşanda “Rəsul Quliyevdən xahiş elə mənim adımdan, lap nömrəsini ver, özüm xahiş edim...” Və bütün bu söhbətlər səlahiyyətli nümayəndəm Aslan Hamidlinin, Gələcək Azərbaycan Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Rəşid Nazimin yanında olub. Səndən fərqli olaraq mənim göstərdiyim şəxslər ölməyiblər, həyatdadırlar. Anlayıram, ikili, bəlkə də üçlü həyat yaşayırsan. Xəmirin belə yoğrulub. Əmin ol, sənin kimi şəxsiyyəti deqradasiya uğramış birinin Rəsul Quliyev kimi dövlət adamı haqqında nəsə deməsini heç kim ciddiyə almır. Mən, sadəcə, sənin kimi həyassız adamın yaddaşını təzələməyi, yerini göstərməyi və səni yaxından tanımayanlara sənin simasızlığını bir daha izah etməyi özümə borc bildim. Nemət Pənahlının bu xəstə avantürası bir daha Rəsul Quliyevin haqlı olduğunu ortaya qoydu. Açıq göründü ki, müxalifət düşərgəmizdə həqiqətən də Nemət Pənahlı timlalında ağır psixoloji xəstəlikdən əziyyət çəkənlər mövcuddur və bu acı həqiqətdir. Allah şəfa versin...”, - A.Şakiroğlu qeyd edib.