Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ermənilər Qazax sərhədində təxribata cəhd etdi

1 009
Paylaş:
Ermənilər Qazax sərhədində təxribata cəhd etdi

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən Pravda.az-a verilən məlumata görə, 03 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax rayonunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Paylaş:

Ən son xəbərlər