Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Güney Azərbaycanda baş verən zəlzələdə yaralananların sayı 120-dir

1 400
Paylaş:
Güney Azərbaycanda baş verən zəlzələdə yaralananların sayı 120-dir

Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 120 nəfər yaralanıb, 15 kəndə ziyan dəyib.

Məlumatı “Mehr” agentliyi yayıb.

Qeyd edək ki, yanvarın 18-də Xoyda 5,4 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.

Qeyd edək ki, 2022-ci il oktyabrın 5-də Xoy şəhərində 5,7 bal gücündə zəlzələ baş vermişdi. Həmin vaxt 390 nəfər yaralanmış, 4000-dən artıq evə ziyan dəymişdi, 100-dək ev isə tamamilə dağlmışdı./Report

Paylaş:

Ən son xəbərlər